Dəhşətli xəstəlik Mərakeşi qorxutdu » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Dəhşətli xəstəlik Mərakeşi qorxutdu

Dəhşətli xəstəlik Mərakeşi qorxutdu

Mərakeş Ebola virusu səbəbilə Afrika futbol kuboku keçirməyəcək.

ANS PRESS-in məlumatına görə, Mərakeş regionda geniş yayılan Ebola virusu təhlükəsindən ehtiyatlanaraq Afrika millətlərinin 2015-ci ilin yanvarında baş tutmalı olan futbol Kubokunu keçirməmək qərarına gəlib. Bu barədə 8 noyabr, şənbə günü məlumat verilib.

Mərakeşin nümayəndələri turnirin 2016-cı ilə keçirilməsini təklif etsə də, Afrika futbol Konfedarasiyası (CAF) yarışın məhz 2015-ci ilin 17 yanvarından 8 fevrala kimi keçirilməsi barədə ultimatum göndərib.

Yarışmanın harada keçirilməsi haqqında qərar KAF-ın icraedici komitəsinin gələn həftə Qahirədə keçiriləcək iclasında qəbul olunacaq.

Xatırladaq ki, ÜST-ün 4 noyabr tarıxındə verdiyi məlumatına görə, Ebola virusundan ölənlərin sayı 4960 nəfərdir. Bu virusa yoluxanların sayı isə 13 min insndır. Eboladan ən çox ölənlər Qvineya, Liberiya və Syerra-Leonda qeydə alınıb.

Mənbə: ANS PRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *