Ruhani noyabrın 12-də gəlir » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Ruhani noyabrın 12-də gəlir

Ruhani noyabrın 12-də gəlir


“İran İslam Respublikasının prezidenti noyabrın 12-13-də Azərbaycanda səfərdə olacaq”.
ANS PRESS-in məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi deyib.

O bildirib ki, səfərinin məqsədi iki ölkə başçısı arasında görüş zamanı haqqında danışılacaq mövzuların araşdırılması və bu barədə müzakirələrin sona çatdırılmasıdır.
Nazir Bakıya böyük bir nümayəndə heyəti ilə gəldiyini deyib.

“İran tərəfi dövlət və özəl sektorda iş aparıb və Azərbaycanla ikitərəfli əlaqələrin yaradılmasına hazırdır. İranın özəl sektorunda, həmçinin Azərbaycanla həmsərhəd olan əyalətlərin, Şərqi və Qərbi Azərbaycan, Ərdəbil və Gilandan olan iş adamları bu səfərə böyük önəm verirlər”, -deyə nazir bildirib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *