Çempionlar Liqası: “Qarabağ” bu gün ilk oyununa çıxır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Çempionlar Liqası: “Qarabağ” bu gün ilk oyununa çıxır

Çempionlar Liqası: “Qarabağ” bu gün ilk oyununa çıxır

Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunları keçiriləcək.

APA-nın məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi, Ağdamın “Qarabağ” klubu bu gün ilk oyununa çıxacaq.

Mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayan Qurban Qurbanovun yetirmələri Monteneqro çempionu “Rudar” klubu ilə qarşılaşacaq.

“Qarabağ” tarixində ikinci dəfədir ki, Çempionlar Liqasında iştirak edəcək. Xatırladaq ki, ötən mövsüm ağdamlılar Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyə bilmişdilər.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:30-da başlayacaq.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *