Peter Çex “Arsenal” keçib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Peter Çex “Arsenal” keçib

Peter Çex “Arsenal” keçib


Londonun “Çelsi” klubunun qapıçısı Peter Çex paytaxtın digər - “Arsenal” klubu ilə müqavilə imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə “kanonirlər”in rəsmi saytında məlumat verilir.

Futbolçuya yalnız tibbi müayinədən keçmək qalıb, bundan sonra o yeni komandasında çıxış edə biləcək.

“Çox şadam ki “Arsenal”a keçirəm. Mən karyeramın əvvəlindəki kimi indi də futbolu çox sevirəm, və ancaq qələbə üçün oynayıram. Arsen Venqerlə söhbətdən sonra mənim bu komandaya lazım olduğuma şübhəm qalmadı”, - Çex deyib.

The Daily Mail xəbər verir ki, 33 yaşlı çexiyalı qapıçının transferi “Arsenal”a 11 milyon funt sterlinqə başa gəlib.

Peter Çex “Çelsidə 2004-cü ildən çıxış edirdi. O bu klubda 333 oyun keçirib, 4 dəfə İngiltərə çempionu, 4 dəfə İngiltərə Kuboku, 1 dəfə Çempionlar Liqası 2011/12 və 1 dəfə Avropa Liqasının 2012/13 qalibi olub

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *