"Qarabağ" Reynaldonu satır? » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" Reynaldonu satır?

"Qarabağ" Reynaldonu satır?


“Reynaldo heç yerə getmir, hələ 3 il bizdədir”. Bu sözləri ANS PRESS-ə açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Yerli mətbuatda Reynaldonun Birləşmiş Ərəb Əmirliklərinin bir klubundan təklif alması xəbərinə münasibət bildirən “Qarabağ” rəsmisi yayılan məlumatların şaiyə olduğunu söyləyib:

"Reynaldoya nə Birləşmiş Ərəb Əmirliyinin klubundan, nə də ki, başqa klubdan təklif gəlməyib, heç maraqlanan da yoxdur. Ötən mövsüm “Salzburq”, “Ayntraxt” və s kimi klublar maraqlanırdı və bunu da açıqlamışdıq. İndi isə Reynaldo ilə 3 illik müqaviləmiz var və “Qarabağ”ın uğurları üçün çalışacaq”.

Qeyd edək ki, braziliyalı ulduz Reynaldo Silva 2013-cü ildən “Qarabağın şərəfini qoruyur. “Anderlext”dən “Qarabağ”a keçən futbolçu 64 oyuna 34 qol vurub. Futbolçu xüsusilə Avropa Liqasında göstərdiyi oyunlar azarkeşlərin rəğbətini qazanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *