"Qarabağ"dan daha bir legioner ayrıldı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ"dan daha bir legioner ayrıldı

"Qarabağ"dan daha bir legioner ayrıldı


"Zalsburq"la oyunda aldığı qırmızı Admir Teliyə bağışlanmadı.

ANS PRESS-in məlumatına görə, alban müdafiəçi "köhlən atlar"dan ayrılıb. Telinin gedişi haqda məlumatı komanda.az-a "Qarabağ"ın mətbuat xidməti də təsdiqləyib.

Ağdam klubunun rəhbərliyi Teliyə daha az məvacib qarşılığında komandada qalmağı təklif etsə də, o, razılaşmayıb. Beləliklə, "Qarabağ"la müqaviləsi başa çatan futbolçu özünə yeni komanda axtarmalı olacaq.

Telidən əvvəl Muarem Muarem, Vüqar Nadirov və Leroy Corc da "Qarabağ"ı tərk edib. İlqar Qurbanovun da müqaviləsi yenilənməyib.

Xatırlqadaq ki, Çempionlar Liqasının təsnifat mərhələsində "Zalsburq"la oyuna Teli kapitan sarğısıyla çıxmış və gərəksiz yerə aldığı qırmızı vərəqəylə komandanı çətin vəziyyətdə buraxmışdı. Həmin qarşılaşmadan sonra Admir əsas heyətdəki yerini və Qurbanov etimadını itirmişdi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *