"Qarabağ" supertransferə hazırlaşır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qarabağ" supertransferə hazırlaşır

"Qarabağ" supertransferə hazırlaşır


"Qarabağ" futbol klubu uruqvaylı ulduzu transfer etmək niyyətindədir.

ANS PRESS-in məlumatına görə, Ağdam klubu tanınmış futbolçu Dieqo Forlana elçi düşüb. İddialara görə, futbolçunun təmsilçimizin heyətinə gətirilməsi üçün artıq işlərə başlanılıb.

Qeyd edək ki, Dieqo Forlan 2014-cü ilin yanvar ayında Yaponiyanın "Cerezo Osaka" klubuna transfer olub. Futbolçu buna kimi dünyanın güclü klublarında çıxış edib. 2002-ci ildə "Mançester Yunayted"ə transfer olan uruqvaylı oyunçu 2 ildə 95 dəfə "qırmızı şeytan"ların formasını geyib. Forlan "M.Y."da 17 qol vurub. 2004-ci ilin avqust ayında ingilis klubundan ayrılan Forlan "Vilyareal"ın yolunu tutub. İspan klubunda 2004-05 mövsümündə atdığı 25 qolla Avropa "Qızıl buts" mükafatını qazanıb.

2007-ci ildə İspaniyanın digər güclü klublarından "Atletiko Mardid"ə transfer olan Forlan 4 il bu klubun formasını geyib. 2011-ci ildə "İnter"lə razılaşaraq İspaniyadan ayrılıb. 2014-cü ildə isə İtalya nəhəngindən ayrılaraq Yaponiya klubu "Cerezo Osaka"ya keçib. Forlan hazırda bu klubun uğurları üçün tər tökür.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *