“Maaş almayan futbolçuların bu oyunu alqışalayiqdir” » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Maaş almayan futbolçuların bu oyunu alqışalayiqdir” – Sxadadze

“Maaş almayan futbolçuların bu oyunu alqışalayiqdir”


Zaqatalada baş tutan və “İnter”in 3-2 hesablı qələbəsi ilə başa çatan “Simurq” – “İnter” oyunundan sonra hər iki komandanın baş məşqçiləri oyun haqqında fikirlərini bölüşüblər.

“Qafqazinfo”nun məlumatına görə, “İnter”in baş məşqçisi Kaxaber Sxadadze ilk hissənin çox dinamik keçdiyini bildirib:

“Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri olurdu. Bəzi epizodlarda müdafiəçilər səhvlər etdilər. Amma Səlahət Ağayev əla oyun sərgilədi. Oyundan tam razı deyiləm. Amma 3 xal qazanıb ehtiyatımızı zənginləşdirdik. Son zamanlar hər iki komandada problem var. Bir müddətdir ki, maaş almayan oyunçuların sərgilədiyi futbol isə alqışalayiqdi. Ümid edirəm ki, vəziyyət düzələcək”.

“Simurq”un baş məşqçisi George Çixradze isə oyun barədə danışmağın onun üçün çətin olduğunu qeyd edib:

“Start fitindən sonra yaranmış vəziyyət artıq komandanın durumundan xəbər verir. Mənim üçün danışmaq ağırdı. Rəqib oyuna daha yaxşı köklənmişdi və bunun nəticəsidir ki, vacib qələbə qazandılar. Hazırkı vəziyyətdə biz gələcəyin necə olacağını bilmirik. Hələ ki yolumuza davam edirik”.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *