Bağla

AzNews.info



Bölmə: İdman » Futbol

"Neftçi" - "Xəzər Lənkəran": 1 qol və 2 qırmızı kart

"Neftçi" - "Xəzər Lənkəran": 1 qol və 2 qırmızı kart


Topaz Premyer Liqasında mövsümün ilk "Böyük oyun"u baş tutub.

ANS PRESS-in məlumatına görə, "Neftçi" və "Xəzər Lənkəran" İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qarşılaşıb.

Oyunun taleyini bir qol həll edib. 28-ci dəqiqədə rəqib qapısına yol tapan Flavinyo "Neftçi"yə 1:0 hesablı qələbə qazandırıb. 41-ci dəqiqədə Əliyar Ağayev Saşa Stamenkoviçi meydandan qovaraq "Neftçi"ni azlıqda qoysa da, "Xəzər Lənkəran" cavab qolunu vura bilməyib. Qonaq komandanın oyunçusu Tyeqo 90+2-ci dəqiqədə qırmızı vərəqə alıb.

Qeyd edək ki, bu komandalar arasında 34-cü qarşılaşma olub. Əzəli rəqiblər 30 dəfə Premyer Liqada, 3 dəfə kubokda, 1 dəfə Superkubokda qarşılaşıb. "Neftçi" 11, "Xəzər Lənkəran" 9 qələbə qazanıb, 14 matç "sülh"lə bitib. Bakılıların 37 qoluna lənkəranlılar 30 dəfə cavab verib. "Neftçi"nin baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədov 10-cu "Böyük oyun" həyacınını yaşayıb. Oğuz Çətin isə ilk dəfə derbiyə baş məşqçi kimi çıxıb. "Böyük oyun"ların ən məhsuldar oyunçusu Flavinyodu. Bugünkü matçın yeganə qoluna imza atan braziliyalı "Böyük oyun"larda 8 dəfə fərqlənib. “Xəzər Lənkəran”ın ən məhsuldar üzvü isə indi rəqib düşərgədə olan Julius Vobaydı - 3 qol.

Mənbə: ANSPRESS

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *