Çingiz Abdullayev “Neftçi”nin prezidenti olmadı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Çingiz Abdullayev “Neftçi”nin prezidenti olmadı – YENİLƏNİB

Çingiz Abdullayev “Neftçi”nin prezidenti olmadı


Bu gün mətbuatda Sadıq Sadıqovun istefası haqqında xəbərlər yer alıb. Nəzərinizə çatdırırıq ki, heç bir istefadan söhbət gedə bilməz.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat “Neftçi” futbol klubunun rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın da prezidentidir.

““Neftçi” PFK bir müddət əvvəl “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Bu haqda ictimaiyyətə məlumat veriləcək”, - məlumatda deyilir.

F.H.

15:44

“Neftçi” klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib.

Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən “Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə “Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də “Neftçi” S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza Qafqazinfo-ya açıqlamasında Çingiz Abdullayevin “Neftçi”yə prezident təyin olunmasını təsdiqləyib.

O bildirib ki, yayılan məlumat doğrudur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *