Rusiya - Azərbaycan: 4-0 » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

Rusiya - Azərbaycan: 4-0 – VİDEO

Rusiya - Azərbaycan: 4-0


Rusiyalı futbolçu Vladimir Qranat Azərbaycan millisini növbəti dəfə məyus edib.

ANS PRESS-in məlumatına görə, komandamız qapısında 4-cü qolu oyunun 81-ci dəqiqəsində görüb.


20.47

Rusiya - Azərbaycan matçının 1-ci hissəsi sona çatıb.

ANS PRESS-in məlumatına görə, rusiyalılar 41-ci dəqiqədə Sergey İqnaşeviçin qolu ilə hesabı 3-0-a çatdırıb.


20.15

Bu gün futbol üzrə Azərbaycan millisi növbəti yoxlama oyununu keçirir.

ANS PRESS-in məlumatına görə, Bakı vaxtı ilə saat 20.00-da başlayan Rusiya - Azərbaycan matçında hazırda 15-ci dəqiqə gedir, hesab 2-0 yerli komandanın xeyrinədir.

Hər iki qolu Aleksandr Kerjakov (6-cı dəqiqə, 12-ci dəqiqə) vurub.

Bu, Azərbaycan və Rusiya yığmaları arasında 5-ci matç olacaq. Komandalar DÇ-2010 və DÇ-2014-ün seçmə mərhələlərində qarşılaşıb. Hər iki halda Rusiya ilk oyunları qazanıb (2:0, 1:0), cavab oyunları sülhlə bitib (hər ikisi 1:1). Rusiya yığmasından millimizin qapısına Roman Pavlyuçenko, Konstantin Zıryanov, Andrey Arşavin və Roman Şirokov yol tapıb. Bu futbolçulardan heç biri yığmamızla oyuna çağırılmayıb. Komandamızın hər iki qoluna isə Vaqif Cavadov imza atıb. Berti Foqts onu Moskvaya aparıb.

Qeyd edək ki, komandalar meydana bu heyətlə çıxıb:

Rusiya - Akinfeyev, Smolnikov, D. Kombarov, V. Berezuçki, İqnaşeviç, Qluşakov, Dzaqoyev, Şatov, Çerışev, Poloz, Kerjakov.

Azərbaycan - Kamran Ağayev, Badavi Hüseynov, Rasim Ramaldanov, Cihan Özkara, Rüfət Dadaşov, Dmitri Nazarov, Rəşad Sadıxov, Ruslan Abışov, Vüqar Nadirov, Ruslan Əmircanov, İlkin Qırtımov.


3 sentyabr

Yoxlama oyunu

20:00. Rusiya – Azərbaycan

Hakimlər: Rövşən İrmatov, Abduhamidullo Rəsulov, Əlişer Usmanov ( Özbəkistan)

Moskva. “Ximki Arena” stadionu


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *