Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turunda yalnız “Neftçi” qələbə qazanıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turunda yalnız “Neftçi” qələbə qazanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının növbəti turunda yalnız “Neftçi” qələbə qazanıb

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının XV turuna yekun vurulub. İkinci günün ilk qarşılaşmasında "Keşlə" klubu "Səbail"i qəbul edib.

Baş hakim Ramil Diniyevin idarə etdiyi matçın 34-cü dəqiqəsində Fəhmin Muradbəylinin qolu ilə qonaqlar hesabı açıb.

Meydan sahibləri fasilədən sonra hesabı bərabərləşdirməyə nail ola biliblər. Görüşün 55-ci dəqiqəsində Pərdis Fərcad-Azad fərqlənib.

Matç bu hesabla da başa çatıb – 1:1.

Günün son qarşılaşmasında "Kəpəz" klubu "Baksell Arena"da "Neftçi"nin qonağı olub. Baş hakim Rəhim Həsənovun idarə etdiyi görüşün 86-cı dəqiqəsində Mirabdulla Abbasov "Neftçi"nin qələbə qolunu vurub – 1:0.

Beləliklə turnir cədvəlinə 38 xalla “Qarabağ” komandası başçılıq edir. “Qəbələ” 32 xalla ikinci, “Zirə” 31 xalla üçüncü, “Sumqayıt” 21 xalla dördüncü, “Neftçi” 19 xalla beşinci yeri tutur. Sonrakı yerlərdə “Səbail” (14 xal), “Keşlə” (9 xal) və “Kəpəz” (7 xal) qərarlaşıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *