Qurban Qurbanov: "Ola bilsin, yeni futbolçular milliləşdirək" » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Qurban Qurbanov: "Ola bilsin, yeni futbolçular milliləşdirək" – MÜSAHİBƏ

Qurban Qurbanov: "Ola bilsin, yeni futbolçular milliləşdirək"


Fanat.Az Azərbaycan millisinin və "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Şkubi” (0:0) və "Mariupol”la (2:3) sınaq oyunlarından sonra apasport.az-a verdiyi müsahibəni təqdim edir.

- Hazırlıq oyunları haqqında nə deyə bilərsiz?
- Ümumilikdə nəticədən razı qalmasam da, oyun məni qane etdi. Hər iki görüşdə yaxşı qol epizodlarımız oldu. Bəzi texniki səhvlərimiz var idi ki, düşünürəm, bunlar da normaldı. Oyunun sonuna yaxınlaşdıqca yorğunluq da artdı, amma istənilən halda təcrübəli futbolçular bu cür səhvlər etməməlidir. İkinci matç daha çox xoşuma gəldi. İmkanlarımız çox oldu, yararlana bilmədik. Hələ ki, hazırlıq prosesində son zərbələr üzrə məşqlərə başlamamışıq. Zamanla hər şey qaydasına düşəcək.

- Hazırda hər kəsi daha çox maraqlandıran məsələ milli komandanın heyətinin açıqlanmamasıdı. Heyəti nə zaman elan edəcəksiniz?
- Bu gün axşam son qərarımızı verəcəyik. "Neftçi” və "Sumqayıt”ın oyunlarına köməkçilərimi yollamışdım. Əslində U-21-in də sabahkı oyununa baxıb, ondan sonra qərarımızı açıqlamaq istəyirdik, amma çox gec olur. Bu səbəbdən sabah səhər heyəti elan edəcəyik.

- Bu siyahıda ilk dəfə milliyə dəvət alanlar olacaqmı?
- Mümkündü ki, bəzi yeni futbolçular olsun. Hər kəsi nəzarətdə saxlamaq üçün siyahı tutmuşam. Sabah dəqiq açıqlanacaq.

- Kosovonun əvəzinə alternativ rəqib axtarılırmı, yoxsa həmin tarix ləğv olundumu?
- Artıq çox gecdi. Başqa rəqib axtarmaq üçün vaxt yoxdu. Elə bir oyunla kifayətlənəcəyik.

- Kosovo ilə matçdan imtina eləmək sizin ideyanız idi?
- Püşkatmadan sonra ümumi danışıqlar əsasında razılığa gəldik.

- Onlarla görüşə hələ 7-8 ay qalıb. Oynamaq olmazdımı?
- Hansısa xoşagəlməz hal, futbolçular arasında mübahisə, prinsipiallıq yarana bilər. İlk oyun olmasını da nəzərə alaraq, bu kimi hallara yol verməmək üçün belə bir qərar verdik.

- Ola bilərmi ki, Millətlər Liqasının gedişatında Almeyda kimi hansısa əcnəbi futbolçunu milliləşdirəsiniz?
- Hələ ki, bütün fikrimiz bu təlim-məşq toplanışındadı. Siz də təcrübəlisiniz, görürsünüz, çatışmayan cəhətlərimiz, problemlərimiz var. Elə mövqelərimiz var ki, ora oyunçu lazım ola bilər. Axtaracağıq, legioner olacaq, ya yox bu barədə nəsə deyə bilmərəm. Amma hansı xətdə, hansı mövqedə boşluq, problem görəcəyiksə, onu uyğun futbolçu ilə doldurmağa çalışacağıq.

- Təqvim qane etdi sizi?
- Məni həmişə qane edir. Təqvimə bir o qədər önəm vermirəm. Püşkdə hər komanda çıxa bilər. Sadəcə əlimizdə olan təqvimə uyğun hazırlaşacağıq.

- Martda Makedoniyadan başqa sınaq oyunu planlaşdırılırmı?
- Ola bilər. Martın 24 və 27-si yoxlama oyunu üçün pəncərədi. Çalışacağıq ki, iki oyun keçirək və matçın biri Bakıda olsun.

- Bəs bu oyun niyə Antalyada olacaq?
- Makedoniya millisi həmin tarixlərdə burda təlim-məşq toplanışı keçəcək. İki sınaq matçı oynayacaqlar, biri də bizimlə olacaq.

Mənbə: Fanat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *