Bölmə: İdman » Futbol

“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı

“Qarabağ” gözlənilmədən mübarizəni dayandırdı

Futbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.

Oxu.Az-ın xəbərinə görə, 1/4 final mərhələsinin sonuncu qarşılaşmasında “Sumqayıt” klubu “Qarabağ”ı qəbul edib.

Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hesabı 22-ci dəqiqədə Kamal Mirzəyev açıb. 90-cı dəqiqədə isə Amil Yunanov sumqayıtlıların üstünlüyünü iki topa çatdırıb.

Xatırladaq ki ,bu komandalar arasında keçirilən ilk qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki görüşün nəticəsinə görə, “Sumqayıt” klubu yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarımfinal mərhələsində “Sumqayıt”dan əlavə “Keşlə”, “Neftçi” və “Qəbələ” klubları mübarizə aparacaq.

Mənbə: Oxu.Az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *