Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək

Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək


İlk oyun günündə “Kəpəz” “Qəbələ”ni, “Neftçi” “Keşlə”ni qəbul edəcək
Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
“Report” xəbər verir ki, ilk oyun günündə iki matç baş tutacaq.
Həftənin açılış matçı Gəncədə keçiriləcək. Şahin Diniyevin istefasından sonra baş məşqçi postuna gətirilən Yunis Hüseynov “Qəbələ” ilə görüşdə debüt edəcək. Rəqib 25 xalla 3-cü pillədə qərarlaşsa da, 7 xalla son sırada yer alan “Kəpəz” cari çempionatda qazandığı 2 qələbədən birini məhz “qırmızı-qaralar”la dueldə əldə edib. VII tura təsadüf edən qarşılaşmada gəncəlilər səfərdə Kərim Diniyev və İlkin Sadıqovun qolları ilə qələbəyə seviniblər – 2:0.
Ümumiyyətlə, “Kəpəz” “Qəbələ” ilə son 4 oyunda meydanı qolsuz tərk etməyib. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv 3 oyundur “sarı-göylər”i üstələyə bilmir. Bu komandalar indiyə qədər çempionatda 17 dəfə üz-üzə gəliblər və hərəyə 6 dəfə qələbə qazanıblar.
Turun ikinci oyunu “Neftçi” və “Keşlə” arasında baş tutacaq. Bu kollektivlərin ilk dövrədəki qarşılaşmasında “ağ-qaralar” Derlis Meza Kolli və Rəhman Hacıyevin qolları ilə qələbə qazanıblar – 2:0. Özü də, bu, Tərlan Əhmodovun “Neftçi”nin baş məşqçisi postunda ilk qalibiyyəti olub.
“Keşlə” ilə görüşlərdə ardıcıl 4 qələbə qazanan “Neftçi”, 8 oyundur meydanı qolsuz tərk etmir. “Ağ-qaralar” əvvəlki 25 çempionat matçından 25-də qalib gəlib, 13 dəfə yenilib.
Qeyd edək ki, XIII tura noyabrın 26-da keçiriləcək “Sumqayıt” – “Səbail” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XIII tur
25 noyabr (şənbə)
14:30. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüsal Qənbərov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu
17:00. “Neftçi” – “Keşlə”
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Bakı. “Bakcell Arena

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *