Çempionlar Liqası: Türkiyənin "Beşiktaş" klubu 1/8 finala vəsiqə qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Çempionlar Liqası: Türkiyənin "Beşiktaş" klubu 1/8 finala vəsiqə qazandı

Çempionlar Liqası: Türkiyənin "Beşiktaş" klubu 1/8 finala vəsiqə qazandı

Bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində V-ci turun ilk oyunu keçirilib.

Virtualaz.org bildirir ki, "G" qrupunda "Vodafone Park" stadionunda Türkiyənin "Beşiktaş" və Portuqaliyanın "Porto" klubları qarşılaşıblar.

İlk hissənin 29-cu dəqiqəsində qonaqların müdafiəçisi Felipe hesabı açıb - 0:1. Bundan 12 dəqiqə sonra 41-ci dəqiqədə "Beşiktaş"ın yarımmüdafiəçisi Taliska hesabı bərabərləşdirib - 1:1. İkinci hissədə qapılara qol vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Beləliklə, Türkiyənin "Beşiktaş" klubu 11 xalla qrupdakı liderliyini və turnirin 1/8 finalında iştirakını vaxtından əvvəl təmin edib.

Bir azdan, 23:45-də "Monako" və "RB Leypsiq" klublarının iştirakı ilə qrupun digər matçı keçiriləcək. Bu oyunda “Leypsiq” xal itirsə, “Porto” da xoşbəxtlər sırasına qoşulacaq.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *