Polis generalı "Qarabağ" - "Çelsi" oyunu və təhlükəsizlik tədbirləri haqda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Polis generalı "Qarabağ" - "Çelsi" oyunu və təhlükəsizlik tədbirləri haqda

Polis generalı "Qarabağ" - "Çelsi" oyunu və təhlükəsizlik tədbirləri haqda

Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təsdiqləyib: "Cənab nazirin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək".

S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.

Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Çelsi" oyunu keçiriləcək.

Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *