“Qarabağ” – “Çelsi” oyununa 50 min bilet satılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qarabağ” – “Çelsi” oyununa 50 min bilet satılıb

“Qarabağ” – “Çelsi” oyununa 50 min bilet satılıb

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin “C” qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” ilə İngiltərənin “Çelsi” klubu arasında Bakıda keçiriləcək oyuna bilet satışı davam edir.

Ağdam klubunun “Facebook” səhifəsində bildirildiyinə görə, artıq qarşılaşmaya 50 mindən çox bilet satılıb.

“Qarabağ”–“Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azarkeşlər biletləri Heydər Əliyev Sarayının kassasından, “ASAN xidmət” mərkəzlərindən, “28 Mall”, “Gənclik Mall”, “Park Bulvar” ticarət mərkəzlərindəki Qarabağ Futbol Klubunun fan-şopundan, “Azərbaycan”, “Nizami” kinoteatrlarının yaxınlığından və Üzeyir Hacıbəyli küçəsi 69x ünvanındakı satış məntəqələrindən ala bilərlər. Eyni zamanda, biletləri “iTicket.az” saytından onlayn əldə etmək də mümkündür. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *