Elxan Abdullayev: “Neftçi” bu qələbələri çoxdan qazanmalı idi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Elxan Abdullayev: “Neftçi” bu qələbələri çoxdan qazanmalı idi

Elxan Abdullayev: “Neftçi” bu qələbələri çoxdan qazanmalı idi

“Bu gün layiqli qələbə qazandıq. Komandamı təbrik edirəm. Başqa deyəcək bir sözüm yoxdur”.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Premyer Liqasının XXVI turunda evdə AZAL-ı 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Əvvəlkilərdən fərqli olaraq, oyundan sonra futbolçularla birgə azarkeşlərə yaxınlaşmadınız...

- Mən heç vaxt azarkeşlərə yaxınlaşmamışam. Azarkeşlə nə işim var? Sağ olsunlar, azarkeşlik edirlər, ancaq heç vaxt onlara yaxınlaşmamışam.

- Sizcə, hər şey son turda həll ediləcək?

- Proqnoz verə bilmərəm. Yalnız onu deyə bilərəm ki, qarşıda 2 oyunumuz var, hər iki oyunu qələbə ilə başa vurmalıyıq.

- Qələbəyə rəğmən, əhvalınız yoxdur, sanki...

- Niyə sevinməliyəm ki?

- Komandanız 4:0 hesabıyla qalib gəlib...

- Komanda bu qələbələri çoxdan qazanmalı idi.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *