Alman baş məşqçi qapımıza vurulan 4 qoldan sonra: “Maşallah, Azərbaycan futbolu iri addımlarla irəliləyir!” » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Alman baş məşqçi qapımıza vurulan 4 qoldan sonra: “Maşallah, Azərbaycan futbolu iri addımlarla irəliləyir!”

Alman baş məşqçi qapımıza vurulan 4 qoldan sonra: “Maşallah, Azərbaycan futbolu iri addımlarla irəliləyir!”

Bu gün Azərbaycan və Almaniya futbol yığmaları arasında Bakıda qonaqların xeyrinə 4-1 başa çatan qarşılaşmadan sonra Almaniya milli yığmasının baş məşqçisi Yoahim Löv jurnalistlərlə söhbətləşib.

Virtualaz.org xəbər verir ki, Yoahim Löv Azərbaycan yığmasının qapısından 4 qol buraxmasına baxmayaraq əvvəlki dövrlərə baxanda daha yaxşı futbol nümayiş etdirdiyini deyib. Eyni zamanda öz komandasının nümayiş etdirdiyi oyuna tənqidi yanaşıb.

“Komanda çox da xoşuma gəlmədi. Sayıqlığı əldən verdik, hesab 1:1 oldu. Səhvlər var idi. Tam fərqli Azərbaycan yığması gördüm, 5 və ay 8 il əvvəlki komanda deyil. Baş məşqçi işi özünü göstərir. Azərbaycan millisini tərifləmək istərdim. Norveçi məğlub edən komanda, elə-belə komanda deyil. Komandamızın lider futbolçularına təşəkkür edirəm. Kiçik futbol ölkələrinə qarşı hər zaman çətin olur. Bu cür rəqiblərə qarşı konsentrasiya asan deyil»-Yoahim Löv bildirib.

Baş məşqçi deyib ki, Almaniya yığması Dünya Çempionatının indiki seçmə oyunlarında hələ qapısından qol buraxmamışdı. İndi Azərbaycanla oyunda ilk qolu buraxdı. Əlbəttə, istərdim ardıcıl 8-ci oyunda da qol buraxmayaq. Hiss edirəm ki, Azərbaycan inkişaf edir. Qoldan öncə də yaxşı təsir bağışlayırdılar. Topla yaxşı davranırlar. Maşallah! Azərbaycan futbolu iri addımlarla irəliləyir”-alman baş məşqçi deyib.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *