Əsədov etiraf etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Əsədov etiraf etdi

Əsədov etiraf etdi


Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL - "Neftçi" görüşündən sonra tək qolla qalib gələn qonaqların baş məşqçisi Arif Əsədov oyunla bağlı fikirlərini bölüşüb. ANS PRESS-in məlumatına görə, mütəxəssis fasilədən sonra hesabı qorumağa çalışdıqlarını etiraf edib.

“Qarabağ”la oyundan sonra çox az vaxtımız var idi. Tam heyət əlimizdə deyildi. Buna görə əvəzedici heyətdən oyunçular dəvət etmişdik. Çox vacib bir qələbə qazandıq. Belə oyunlarda 3 xal daha vacibdi. İkinci hissə bir qədər çətin oldu, daha çox nəticəni qorumağa çalışdıq”.

AZAL - ın baş məşqçisi Tərlan Əhmədov da oyunla bağlı fikirlərini bölüşüb. Mütəxəssis yetirmələrindən razı qaldığını bildirib.

“Açığı, komandanı oyuna yaxşı hazırlamışdıq. Zədəlilərimiz var. Valeriy Kutsenkonun yoxluğu hiss olundu. Orta sahədə müəyyən boşluqlar vardı. Belə oyunlarda adətən 1 səhv həlledici olur. Oyunçularıma təşəkkür etdim. Qarşıda çətin oyunlarımız var. Həmin oyunlara hazırlaşmalıyıq. Hakimin bəzi qərarına reaksiya verdim. Bunu emosiya kimi qəbul etmək lazımdı”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *