Qurban Qurbanov: Səhvə yol verən tərcüməçi komandadan uzaqlaşdırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Qurban Qurbanov: Səhvə yol verən tərcüməçi komandadan uzaqlaşdırılıb

Qurban Qurbanov: Səhvə yol verən tərcüməçi komandadan uzaqlaşdırılıb

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində AZAL ilə görüş barədə fikirlərini bölüşüb.

AzNews.info-nun Report-a istinadən məlumatına görə, 45 yaşlı mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qurban Qurbanov bildirib ki, futbolçulardan çox razı qalıb:

“Düşünüyümüz oyundan əl çəkmədik, istəyimizə nail olduq. AZAL yalnız, müdafiə olunmur, topla da yaxşı davranırlar. Yaxşı əks-hücumlar təşkil etdilər. Uğurlar arzulayıram”.

Baş məşqçi həmçinin qeyd edib ki, sosial şəbəkələrdə paylaşımı müzakirəyə səbəb olan tərcüməçini komandadan uzaqlaşdırıb.

“Məsələdən xəbərim var. Qərarımı verdim və səhvə yol veriyi üçün tərcüməçimizi komandadan uzaqlaşdırdım. Mən nə qədər “Qarabağ”dayam heç kim başqasında səhv axtarmamalı, söz atmamalıdır. Əfqanın işindən həddindən artıq razı idim. Bütün sözü dediyim kimi futbolçuya çatdırırdı. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, buna riayyət etmək lazımdır. Həmişə demişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Məncə, bu məsələyə bir daha qayıtmasaq yaxşıdır”, - deyə Q.Qurbanov bildirib.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *