UEFA “Barselona” - PSJ matçının hakimindən narazıdır » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

UEFA “Barselona” - PSJ matçının hakimindən narazıdır

UEFA “Barselona” - PSJ matçının hakimindən narazıdır

UEFA Çempionlar Liqasının 1/8 finalının “Barselona” – “PSJ” (6:1) cavab matçında baş arbitr Dəniz Aytəkinin işindən narazıdır.

Oxu.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Nəşrin məlumatına görə, UEFA Hakimlər Komitəsinin rəhbəri Pyerluici Kollina alman hakiminin işinə dair hesabatı artıq alıb. Kollina öz heyəti ilə birgə Çempionlar Liqası və Avropa Liqasının matçlarına arbitrlərin təyin edilməsini müəyyən edir.

Yaxın zamanda Aytəkinin işi qiymətləndiriləcək. Hazırkı mövsümdə hakim görüşləri mühakimə etməyə icazə verilməyəcək, o, müəyyən müddətə işdən kənarlaşdırıla bilər.

“Barselona” - PSJ görüşündən sonra futbol ictimaiyyəti və bir çox mütəxəssislər bir neçə oyun epizodunda arbitrin qərarından narazı qalıblar.

Əsasən də Aytəkinin Luis Suaresə qarşı penalti təyinetmə qərarı ən çox müzakirə edilənlərdən olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *