“Barselona” inanılmazı bacardı » AzNews.info -Xəbər portalı

Bölmə: Futbol, Video

“Barselona” inanılmazı bacardı – VİDEO

“Barselona” inanılmazı bacardı

İspaniyanın “Barselona” klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında Fransanın PSJ komandasına qalib gələrək növbəti mərhələyə çıxıb.

Oxu.Az xəbər verir ki, qarşılaşma martın 8-də “Kamp Nou” stadionunda baş tutub. 88-ci dəqiqəyə qədər kataloniyalılar hesabda 3:1 irəli olsalar da, növbəti mərhələyə çıxmaq üçün onlara daha 3 qol lazım idi.

Luis Enrikenin yetirmələri bunu bacardılar. Neymarın dublu (88 və 91-ci dəqiqələr) və Sergio Robertonun 95-ci dəqiqədə həlledici qolu “Barselona”nı növbəti mərhələyə çıxardı.

Xatırladaq ki, ilk oyun PSJ-nin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdır.

“Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1

Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.),Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *