“Qarabağ”- “Neftçi” oyununda gərginlik yaşandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

“Qarabağ”- “Neftçi” oyununda gərginlik yaşandı

“Qarabağ”- “Neftçi” oyununda gərginlik yaşandı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.

Virtualaz.org bildirir ki, turun mərkəzi matçı “Qarabağ” ilə “Neftçi” arasında oynanılıb.

Ağdamın “Qarabağ” klubu ən yaxın izləyicisi “Qəbələ”nin xal itirməsindən yararlana bilməyib. Çempionatın lideri Azərbaycan futbolunun flaqmanı ilə heç-heçə edib - 1:1. “Neftçi”nin heyətində Cavid İmamverdiyev birinci hissədə hesabı açıb. “Qarabağ”ın Cənubi Afrika Respublikasından olan hücumçusu D.Ndlovu on bir metrlik cərimə zərbəsindən bərabərlik qolunu vurub.

On beş turdan sonra “Qarabağ” 33 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. “Qəbələ” 32 xalla ikinci, “İnter” isə 28 xalla üçüncüdür.

“Qafqazinfo”nun yaydığı məlumata görə isə "Qarabağ" - "Neftçi" oyununda gәrginlik yaşanıb. Belə ki, qonaq komandanın tәrәfdarları ilә polis arasında qarışdurma olub.

Polis paytaxt klubunun azarkeşlәrindәn bir neçәsini stadiondan çıxarıb.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *