Messi dünyanın ən yüksək maaş alan futbolçusu olacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Messi dünyanın ən yüksək maaş alan futbolçusu olacaq

Messi dünyanın ən yüksək maaş alan futbolçusu olacaq

“Barselona” Lionel Messi ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.
Apasport.az-ın məlumatına görə, argentinalı hücumçu Kataloniya klubunun illik 40 milyon avro təklifi müsbət cavablandırıb.

Xəbərdə qeyd olunub ki, başqa klubların da maraqlandığı Messini komandada saxlamaq üçün “Barsa” ona rekord məbləğdə maaş ödəməyə razı olub. Növbəti müqavilənin müddəti 2022-ci ilə kimi nəzərdə tutulub.

Qeyd edək ki, argentinalının “Barselona” ilə hazırkı müqaviləsi 2018-ci ildə başa çatır.

Xatırladaq ki, hazırda dünyada ən yüksək maaş alan futbolçu rəsmi olaraq Argentina yığmasının hücumçusu Karlos Tevesdir. 32 yaşlı futbolçu “Şanxay Şenxua” klubunda ilə 37,5 milyon avro alır.

Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *