Bağla

AzNews.info



Bölmə: İdman » Futbol

"Qarabağ" - "Qəbələ" matçında insident

"Qarabağ" - "Qəbələ" matçında insident


Azərbaycan Premyer Liqasının XIII turunda keçirilən "Qarabağ" - "Qəbələ" matçının son dəqiqələrində insident baş verib.

"Report"un məlumatına görə, insident futbolçular arasında olub. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Filip Ozobiç topu rəqibdən alaraq hücuma keçib. "Qarabağ"ın futbolçusu Riçard Almeyda isə bunun qarşısını rəqib futbolçunu tutmaqla alıb. Baş hakim braziliyalının bu hərəkətini sarı vərəqə ilə qiymətləndirib. Riçard ikinci "sarı"nı alaraq meydandan qovulub.

Bundan sonra "Qarabağ"ın heyətində Dino Ndlovu Ozobiçə öz etirazını bildirib. Hadisə yerinə gələn Cavid Hüseynov Ndlovuya etiraz edib və tərəflər arasında insidenti yaşanıb.

"Qarabağ"ın ikinci qolundan sonra hadisə daha da böyüyüb. Futbolçular bir-biriləri ilə münaqişə edib və "Qəbələ" tərəfi referiyə kəskin etirazını bildirib.

Virtualaz.org xatırladır ki, oyun "Qarabağ"ın qələbəsi ilə başa çatıb-2:1.

Mənbə: Report

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *