"Neftçi" Avropa Liqası ilə vidalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Neftçi" Avropa Liqası ilə vidalaşdı – YENİLƏNİB

"Neftçi" Avropa Liqası ilə vidalaşdı


Bakının "Neftçi" futbol klubu doğma meydanında 1-2 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.

ANS PRESS-in məlumatına görə, serblərdən qələbə topu oyunun 90-cı dəqiqəsində vurulub.

Qeyd edək ki, matçda komandalar 4 qırmızı vərəqə alıb. Oyunun avstriyalı hakimi vərəqələrdən 3-nü bakılılara, 1-ni isə belqradlılara göstərib.


22.20

Tofiq Bəhramov adına Respublika stadionuna toplaşan azarkeşləri oyunun 58-ci dəqiqəsində Julius Gibrilla Woobay ayağa qaldırıb.

ANS PRESS-in məlumatına görə, "Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) matçında hesab 1-1 olub.


21.30

"Neftçi" (Azərbaycan) - "Partizan" (Serbiya) matçında hesab dəyişib: 0-1.

ANS PRESS-in məlumatına görə, bakılıların qapısından topu oyunun 24-cü dəqiqəsində Petar Skuletic keçirib.

21.06
Bu gün futbol üzrə Avropa Liqasının play-off mərhələsinə yekun vurulacaq.

ANS PRESS-in məlumatına görə, Azərbaycan Kubokunun qalibi "Neftçi" evdə meydana çıxacaq.

"Ağ-qaralar" Serbiyanın "Partizan" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21.00-da başlayacaq. Qarşılaşmanı avstriyalı FIFA referisi Robert Şorqenhoferin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

"Partizan"la "Neftçi" arasında Serbiyada baş tutan ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi" 2:0 hesablı üstünlük əldə etsə də, sonradan 3 qol buraxaraq uduzub. "Partizan" öz oyunçusunun vurduğu topdan başqa, Denis Silva və Elvin Yunuszadənin avtoqollarına sevinib. "Neftçi"nin hər iki qolunu isə Denis Silva vurub.

Qeyd edək ki, "Neftçi" və "Partizan" 2012/13 mövsümündə Avropa Liqasının qrup mərhələsində rəqib olub. H qrupunda mübarizə aparan komandaların hər iki oyunu heç-heçə başa çatmışdı. Serbiyadakı görüşdə hesab açılmamışdı - 0:0. Bakıdakı oyun isə 1:1 hesabı ilə bitmişdi. "Neftçi"nin qoluna Flavinyo, "Partizan"ın qoluna isə hazırda "Anderlext"də çıxış edən Aleksandar Mitroviç imza atmışdı.

"Neftçi" son mövsümdə Azərbaycan Kubokunu qazandığından Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayıb. Komandamız play-off mərhələsinədək Sloveniyanın "Koper" (1:2, 2:0) və Gürcüstanın "Çixura" (0:0, 3:2) klublarını mübarizədən kənarlaşdırıb. "Partizan" isə Serbiya çempionatında 2-ci yeri tutsa da, "Srvena Zvezda" avrokuboklara buraxılmadığından Çempionlar Liqasına vəsiqə əldə edib. II təsnifat mərhələsində Farer adalarının "Havnar" klubunu mübarizədən kənarlaşdıran (3:0, 3:1) Belqrad klubu daha sonra Bolqarıstan "Ludoqorets"in rəqib olub. Komandalar arasında hər iki oyun heç-heçə başa çatıb və "Ludoqorets" səfər qolu sayəsində mərhələ keçib (0:0, 2:2).

Avropa Liqası
Play-off
Cavab oyunu

28 avqust

21.00 Neftçi (Azərbaycan) - Partizan (Serbiya)

Hakimlər: Robert Şorqenhofer, Mattias Vinsauer, Roland Brandner, Dominik Ouskan (Avstriya).
UEFA nümayəndəsi: Kris Bellon (Belçika).
Hakim-inspektor: Mişel Vautrot (Fransa).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *