Prezidentdən Qurbanova zəng » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Prezidentdən Qurbanova zəng

Prezidentdən Qurbanova zəng


“Ölkə prezidenti ilə çox dəyərli bir görüş oldu. Məşqçi heyəti, rəhbərliklə yanaşı, futbolçular da bu görüşdə iştirak etdi. Cənab prezident “Qarabağ” haqqında bütün informasiyalardan məlumatlı idi. Onun futbolçuların yanında olması və onları qalib kimi qarşılaşması bizdə özünəinam hissini artırdı. Problemlərimizlə maraqlandı və xalqımız adından bizi təbrik etdi. Təmiz qələbə qazandığımızı, ancaq hakimə görə növbəti mərhələyə yüksələ bilmədiyimizi vurğuladı”.


AzNews.info-nun məlumatına görə, bu sözləri qol.az-a “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov prezident İlham Əliyevlə görüş barədə fikirlərini bildirərkən deyib.

O, xatırladıb ki, “Qarabağ” ilk dəfə Avroliqanın “pley-off”una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib: “Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm”.

Mənbə: Qol.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *