"Qəbələ" Antalyaya gedir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Qəbələ" Antalyaya gedir

"Qəbələ" Antalyaya gedir


“Qəbələ” futbol klubunun qış hazırlıq proqramı müəyyənləşib.

AzNews.info-nun məlumatına görə, klubdan AzərTAc-a bildiriblər ki, “Qəbələ” Topaz Premyer Liqasının 18-ci turunda “İnter” ilə dekabrın 21-də keçiriləcək oyundan sonra istirahətə çıxacaq. Komanda 2014/2015-ci il mövsümünün ikinci yarısının hazırlıqlarına yanvarın 5-də Türkiyənin Antalya şəhərində başlayacaq.

Türkiyə hazırlığı iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək.

“Qəbələ” hazırlıq çərçivəsində 7 yoxlama oyunu keçirəcək. Oyunların vaxtı və rəqib komandaların siyahısı yaxın günlərdə dəqiqləşəcək.

Hazırlıqları paytaxtda tamamlayacaq “Qəbələ” 2015-ci ildə ilk rəsmi oyununu fevralın 1-də səfərdə “Bakı”ya qarşı keçirəcək.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 4 iyul 2017 06:58
  • Yazan: flyen
But a recent industry report ralph lauren outlet uk by Walpole, which represents 200 British luxury brands, suggested the super-prime rental levels cheap polo ralph lauren were becoming a problem. One prominent Bond Street occupier described the landlords as ruthless and only ralph lauren outlet online interested in the most profitable tenants.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *