"Real"ın ulduzu "Bavariya" yolunda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Real"ın ulduzu "Bavariya" yolunda

"Real"ın ulduzu "Bavariya" yolunda


"Bavariya" "Real Madrid"in futbolçusu Xavi Alonsonu transfer etmək üzrə olduğunu təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, Alonso bu gün sağlamlıq testindən keçdikdən sonra özünü rəsmi olaraq "Bavariya"ya bağlayacaq müqaviləyə imza atacaq.

32 yaşlı futbolçu ilə müqavilə şərtlərində razılaşdığını açıqlayan "Bavariya" rəhbərliyi isə transferə görə "Real Madrid"ə 6,5 milyon avro pul ödəyəcək.

Alman mətbuatı Xavi Alonsonun "Bavariya"dan illik 10 milyon avro qazanacağını iddia edir. 2009-cu ildə "Liverpul"dan ayrılaraq "Madrid" klubuna transfer olan Alonso, bu mövsüm ilk 11-dəki dəyişməz yerini itirmə təhlükəsiylə qarşı-qarşıya qalmışdı.

Alonso Toni Kroosun transferindən sonra komandadan ayrılma istəyini "Real Madrid" rəhbərliyinə çatdırmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *