"Barselona" Bakıda » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Barselona" Bakıda

"Barselona" Bakıda


Ölkəmizdə ilk dəfə olaraq İspaniyanın "Barselona" klubunun düşərgəsi Bakıda fəaliyyətə başlayacaq.

ANS PRESS-in məlumatına görə, düşərgə "İnter" klubunun nəzdində, "İnter Arena"da açılacaq.

Fiziki hazırlığından asılı olmayaraq, 6-16 yaş arasında istənilən uşaq "Barselona"nın düşərgəsində iştirak edə biləcək. Düşərgənin açılış mərasimi və mətbuat konfransı noyabrın 17-i, saat 15.00-da "İnter Arena"da keçiriləcək. Tədbirdə Barselona Futbol Klubu Akademiyasının koordinatoru Fredi Martin, məşqçilər Serj Pi və Andreu Rerarols, həmçinin, "İnter"in vitse-prezidenti Müzəffər Novruzəliyev iştirak edəcək.

Qeyd edək ki, UEFA lisenziyalı bu məşqçilərin 15 ildən artıq məşqçi təcrübəsi, futbol üzrə magistr dərəcəsi var. Konfransda qonaqlar Azərbaycanda "Barselona"nın düşərgəsi haqda danışıb, jurnalistlərin suallarını cavablandıracaq və bu layihə haqda ətraflı məlumat verəcəklər.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *