Baş redaktor “Qarabağ”dan üzr istədi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

Baş redaktor “Qarabağ”dan üzr istədi – FOTOLAR

Baş redaktor “Qarabağ”dan üzr istədi

Fransanın tanınmış qəzetlərindən birində “Qarabağ” klubu ilə bağlı verilmiş yanlış məlumata görə qaldırılmış məsələ həllini tapıb.

Xarici İşlıər Nazirliyindən daxil olan xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb:

“Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.”

Bildirək ki, Fransanın “lequipe.fr” saytı Azərbaycanın “Qarabağ” klubunun Çempionlar Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.

Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.

Məqalənin redaktə edilmiş yeni və köhnə versiyalarını təqdim edirik:
Baş redaktor “Qarabağ”dan üzr istədi

Baş redaktor “Qarabağ”dan üzr istədi

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *