"Xəzər Lənkəran" uddu, "Neftçi"dən isə darmadağın » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Xəzər Lənkəran" uddu, "Neftçi"dən isə darmadağın

"Xəzər Lənkəran" uddu, "Neftçi"dən isə darmadağın


Bu gün Topaz Premyer Liqasında XI turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, artıq dörd matç başa çatıb.

Günün ilk oyununda "Qəbələ" evdə autsayderlər qrupunda yer almış "Bakı"nı sınağa çəkib. Hesabı 5-ci dəqiqədə Dodo açıb. "Qəbələ" buna Nuran Qurbanovun qolu ilə cavab verib. "Qəbələ"nin yetirməsi olan futbolçu doğma komandasını ilk yarının son dəqiqəsində cəzalandırıb. İkinci hissədə qol vurulmayıb və komandalar hərəyə bir xal qazanıb - 1:1.

Günün ikinci oyununda "İnter" "Sumqayıt"ın qonağı olub. İlk dövrədə bu rəqib üzərində 5:1 hesablı qələbə qazanan "bankirlər" ardıcıl 4-cü oyunda meydanı qolsuz heç-heçə ilə tərk ediblər - 0:0. Bu "İnter"in ardıcıl 5-ci heç-heçəsi olub.

Lənkəranda prinsipial matçda "Xəzər Lənkəran" ilk dövrədə 0:2 hesabı ilə uduzduğu "Simurq"u 2:1 məğlub edib.

Turun digər bir matçında "Neftçi" AZAL-ı 4:0 darmadağın edib.

Tura saat 19.30-da startı veriləcək oyunla yekun vurulacaq. Bu matçda lider "Qarabağ" son pillənin sahibi "Araz Naxçıvan"ı qəbul edəcək.

Premyer Liqa
2014/15 mövsümü
II dövrə, XI tur

2 noyabr
Qəbələ - Bakı 1:1
Qollar: Dodo, 5 - Nuran Qurbanov, 45.

Sumqayıt - İnter 0:0

Xəzər Lənkəran - Simurq 2:1
Qollar: Sadio Tounkara, 39. Rahid Əmirquliyev, 59 - İdan Vaytsman, 38.

Neftçi - AZAL 4:0
Qollar: Eltun Yaqublu, 10 (avtoqol). Denis Silva, 38. Nikolas Kanales, 70; 85.

Qarabağ - Araz Naxçıvan
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Vüsal Qənbərov, Fariz Yusifov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19.30.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *