Millimiz Rusiyada üçüncü yeri qazandı » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Boks

Millimiz Rusiyada üçüncü yeri qazandı

Millimiz Rusiyada üçüncü yeri qazandı


Boks üzrə Azərbaycan yığması Rusiyanın Anapa şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Anapaya 13 nəfərlə yollanan yığmamız ümumi komanda hesabında Rusiya və Ukraynadan sonra üçüncü yeri tutub.

Azərbaycan Boks Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, boksçumuz Ruslan Rüstəmov (46 kq) ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bəxtiyar Qazıbəyov (57 kq) isə yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq ikinci yeri tutub. Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Dilbazov (75 kq) və Məhəmməd Abdullayev (80 kq-dan yuxarı) üçüncü yerlə kifayətləniblər.

Avropa birinciliyində 33 ölkədən 254 boksçu mübarizə aparıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *