Avarçəkmə yarışlarında idmançılarımız medalsız qaldılar » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Avarçəkmə yarışlarında idmançılarımız medalsız qaldılar

Avarçəkmə yarışlarında idmançılarımız medalsız qaldılar


Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşib.

AzNews.info-nun Trend-ə istinadən məlumatına görə, Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medallar sahibini tapıb.

Kişilərin 1000 m məsafəyə həm kanoe, həm kayak yürüşlərində qaliblər bəlli olub. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxıblar. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdiriblər.

Finalda Azərbaycan təmsilçiləri də çıxış ediblər. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparıblar. Kanoeçilərimiz məsafəni 3 dəqiqə 38,088 saniyəyə qət ediblər. Bezuqlıy/Kupin final mərhələsində qatılan 9 cütlük arasında 8-ci olublar.

İdmançılarımız Avropa Oyunlarının çempionu olan belaruslu Andrey Baqdanoviç/Aleksandr Baqdanoviç cütlüyündən 3,676 saniyə geri qalıblar. Qaliblər 3.34,412 nəticəyə nail olublar. Ukraynalılar Aleksey Korovaşkov və İlya Pervuxin (3.34,453) 2-ci, almaniyalılar Peter Kreçmer və Mixael Müller (3.34,982) 3-cü olublar.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilrin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

10:21

Bu gün Bakı-2015 I Avropa Oyunlarının avarçəkmə yarışlarında ilk mükafatçılar müəyyənləşəcək. Mingəçevirdə keçirilən yarışın 2-ci günündə 5 dəst medallar sahibini tapacaq.

AzNews.info Apasport.az-a istinadən xəbər verir ki, kişilərin 1000 m məsafəyə həm kanioe, həm kayak yürüşlərində qaliblər bəlli olacaq. Həmçinin kişi cütlükləri eyni məsafəyə kanoe və kayaklarda da final yürüşünə çıxacaq. Bundan başqa, qadınlar dördlük kayaklarda 500 m məsafədə güclüləri müəyyənləşdirəcək.

Finalda Azərbaycan təmsilçiləri də çıxış edəcək. Kişilərin 2 nəfərlik kanoelərdə 1000 metr məsafəyə yarışında Sergey Bezuqlıy və Aleksey Kupin medallar uğrunda mübarizə aparacaq. Kanoeçilərimiz bu gün saat 10:50-də başlayacaq həlledici yürüşdə təmsilçilərimiz 1-ci zolaqda mübarizə aparacaq.

Qeyd edək ki, təmsilçilərimizdən Taras Matviyçuk kanoeçilrin, Tamerlan Mustafayev kayakçıların 1000 metr məsafəyə yarışında finala yüksələ bilməyiblər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *