Kapralos: Açılış mərasimi möhtəşəm keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Kapralos: Açılış mərasimi möhtəşəm keçirilib

Kapralos: Açılış mərasimi möhtəşəm keçirilib


Avropa Olimpiya Komitələrin adından demək istəyirəm, yarışlar yüksək səviyyədə keçirilir. Açılış mərasimi də möhtəşəm keçirilib.

Oxu.Az xəbər verir ki, bunu Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının sədri Spiros Kapralos bu gün Avropa Oyunlarına həsr olunmuş mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən yarışlar bizim gözlədiyimizdən də yüksək standartlarda keçirilir. Bakı 2015 I Avropa Oyunları istənilən qitə yarışlarından daha çox izlənilir.

“Avropa Oyunlarının uğuru Azərbaycana müsbət təsir edir. Olimpiya komitəsi də görür ki, Azərbaycan Olimpiya oyunlarının keçirilməsi üçün gözəl ölkələrdən biri ola bilər”. - Capralos deyib.

Daha sonra tədbirdə çıxış edən Saymon Kleyq bildirib ki, tamaşaçılar da bu yarışlara böyük maraq göstərir, təkcə dünən bağlanış mərasiminə 15 000 bilet satılıb, ümumilikde müxtəlif yarışlara 400 000 - 420 000 bilet satılıb, onların 25 000 bağlanış mərasiminədir. Artıq Avropa Oyunlarının bitməsinə 14 gün qalıb, 24 idmançı çempion adını qazanıb.

Mənbə: Oxu.Az - Elvin Əhmədov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *