Karateçilərimiz Ayxan Mamayev və İrina Zaretska birinci oldular » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Karateçilərimiz Ayxan Mamayev və İrina Zaretska birinci oldular – YENİLƏNİB

Karateçilərimiz Ayxan Mamayev və İrina Zaretska birinci oldular


Karatenin Kumite növündə 84 kq çəkidə mübarizə aparan Ayxan Mamayev Avropa Oyunlarının qızıl medalını qazanıb.

Oxu.Az xəbər verir ki, Mamayev həlledici görüşdə yunanıstanlı Mixail Geordios Tzanosu məğlub edərək, qızıl medala sahib çıxıb.

Düzdür, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Lakin döyüşün 4 yan xətt hakimindən 3-ünün həmyerlimizi güclü sayması, yığmamıza 10-cu medalı qazandırıb.

Beləliklə, karateçimiz kumite yarışlarında qələbə qazanmaqla Azərbaycanın Avropa Oyunlarında əldə etdiyi qızıl medalların sayını 5-ə çatdırıb.

18:21

Azərbaycan Avropa Oyunlarında 4-cü qızıl medal qazandı.

Oxu.Az xəbər verir ki, karate yarışlarında İrina Zaretska finalda avstriyalı A.T.Bukingerlə qarşılaşaraq inamlı qələbə qazanıb - 8:1.

Xatırladaq ki, təmsilçimiz qrup oyununda avstriyalı karateçiyə 9:4 hesabı ilə məğlub olmuşdu.

Beləliklə, Azərbaycan Avropa Oyunlarında 9-cu medalını qazanıb.

17:24

Karateçimiz İ.Zaretska yarımfinal mərhələsində monteneqrolu M.Rakoviçlə qarşılaşıb. Təmsilçimiz rəqibinə 1:0 hesablı qalib gələrək növbəti mərhələyə yüksəlib.

Oxu.Az xəbər verir ki, finalda o, qrup mərhələsində qarşılaşdığı avstriyalı A.T.Bukingerlə üz-üzə gələcək.

Ardından A.Mamayev yarımfinal görüşünə çıxıb. O, kosovalı Alvin Karaqi ilə qarşılaşıb. Rəqibini 6:1 hesabı ilə məğlubiyyətə uğradan karateçimiz finala yüksəlib.

Təmsilçimiz finalda yunanıstanlı Mixail Georgios Tzanosla qarşılaşacaq.

16:39

Karateçimiz İ.Zaretska yarımfinal mərhələsində monteneqrolu M.Rakoviçlə qarşılaşıb.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz rəqibinə 1:0 hesablı qalib gələrək növbəti mərhələyə yüksəlib.

Finalda o, qrup mərhələsində qarşılaşdığı avstriyalı A.T.Bukingerlə üz-üzə gələcək.

14:19

Qadın karateçilər arasında kumite yarışının A qrupunda mübarizə aparan İrina Zaretska ilk görüşünə qələbə ilə başlayıb. 19 yaşlı idmançımız dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində inamlı qələbə qazanıb - 6:1. Ardından o, avstriyalı Alisa Tereza Bukingerə 0:4 hesabı ilə məğlub olub. Vasiliki Panetsidou ilə qarşılaşan İ.Zaretska 1:0 hesabı ilə qələbə qazanara yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Oxu.Az xəbər verir ki, Karateçimiz bu mərhələdə monteneqrolu Marina Rakoviçlə qarşılaşacaq.

Kişilər arasında 84 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Mamayev isə yunan, ukraynalı və fransız rəqibləri ilə döyüşlərdə 2 qələbə qazanmaqla - müvafiq olaraq, 0:0, 6:3, 6:1 - yarımfinal mərhələsinə adlayıb.

11:39

Bu gün Bakıda kişilər arasında karate yarışlarının qrup mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, 0:5 hesabı ilə uduzub. Gənc idmançımızın növbəti rəqibi fransız Dak Min olacaq. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

B qrupunda mübarizə aparan həmyerlimiz Tural Balcanlı ilk görüşündə türkiyəli Yakan Mehmetə uduzduqdan sonra fransalı Dak Minlə qarşılaşıb. Təmsilçimiz bu dəfə də tatamini məğlub tərk edib ( 0:5). T. Balcanlı qrupda son olaraq Quta Adrian (Rumıniya) ilə görüşdən 5: 0 hesabı ilə qalib ayrılıb.

11:05

Bu gün Bakı-2015 I Avropa Oyunlarında karateçilərin mübarizəsinə yekun vurulacaq.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günü daha 6 dəst medal sahibini tapacaq.

İlk gündə Azərbaycan millisinin aktivinə 2 qızıl və 2 bürünc medal yazdıran karateçilərimiz bu gün medal sayını artıra bilərlər. Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışında gücünü yoxlayacaq.

Bu qrupun ilk görüşü həmyerlimiz Tural Balcanlı ilə türkiyəli Yakan Mehmet arasında olub. Karateçimiz debütdə məğlubiyyətə üzülüb. O, ardınca fransalı Dak Mindən də zəif təsir bağışlayıb - 0:5. Avropa və Dünya Kubokunun mükafatçısı qrupda son olaraq Quta Adriana (Rumıniya) qarşı mübarizə aparacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *