Avropa Oyunlarının keçirildiyi idman obyektlərində əlavə maneələr quraşdırılıb » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Avropa Oyunlarının keçirildiyi idman obyektlərində əlavə maneələr quraşdırılıb

Avropa Oyunlarının keçirildiyi idman obyektlərində əlavə maneələr quraşdırılıb


Sürücülər tərəfindən sürət həddinin aşılmaması üçün həm Atletlər kəndində, həm I Avropa Oyunlarının keçirildiyi digər idman obyektlərinin ərazilərində əlavə maneələr quraşdırılıb.

Oxu.Az-ın məlumatına görə, bunu "Bakı-2015" I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bu gün keçirilən mətbuat konfransında deyib.

“İstənilən böyük idman tədbirində ilk günlər sistem yavaş-yavaş işə düşür. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Avstriyalı idmançılarla baş verən insidentdən sonra bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə bir daha təlimat verilib ki, təhlükəsizlik məsələlərinə riayət etsinlər”, - deyə S. Kleqq qeyd edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *