Ronaldo Ermənistanı məyus etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Ronaldo Ermənistanı məyus etdi

Ronaldo Ermənistanı məyus etdi


AVRO-2016-nın seçmə mərhələsində VI turun oyunları davam edir.

ANS PRESS-in məlumatına görə, ikinci oyun günündə Cəbəllütariqin qonağı olan dünya çempionu Almaniya rəqibinə böyük üstünlüklə qalib gəlib - 7:0.

İ qrupundan mübarizə aparan portuqallar İrəvanda Ermənistan millisi ilə qarşılaşıb. Görüş 3:2 hesabı ilə Pireney təmsilçisinin xeyrinə başa çatıb. Görüşdə Kriştiano Ronaldo het-trikə imza atıb.

Ötən həftə Azərbaycan millisini məğlub edən Serbiya yığması Danimarka ilə üz-üzə gəlib. Görüş Serbiyanın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, IV tura bu gün keçiriləcək 3 görüşlə yekun vurulacaq.


13 iyun;
D qrupu

Polşa – Gürcüstan - 4:0
Qol: Arkadiuş Milik, 62. Robert Levandovski, 89; 90+2; 90+3

İrlandiya – Şotlandiya - 1:1
Qollar: Con Uolters, 38 - Con O Şi, 47-öz qapısına

Cəbəllütariq – Almaniya 0:7
Qol: Andre Şyürrle, 28, 65, 71, Maks Kruze, 47, 81, İlkay Gündoğan, 51, Kərim Bellarabi, 57
F qrupu
Finlandiya – Macarıstan - 0:1
Qol: Zoltan Stiber, 82

Farer adaları - Yunanıstan 2:1
Qol: Hallyur Hansson, 32, Brandur Olsen, 70 - Papastatopulos, 84
Şimali İrlandiya – Rumıniya 0:0

İ qrupu

Ermənistan – Portuqaliya - 2:3
Qollar: Markos Pitselli, 14. Hrayr Mkoyan, 72 - Kriştianu Ronaldu, 29-penalti ilə; 55; 58
Danimarka - Serbiya 2:0
Qol: Yussuf Poulsen, 13, Yakob Poulsen, 87

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *