Avrokuboklarda həftənin ən yaxşı futbolçuları məlum olub » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Avrokuboklarda həftənin ən yaxşı futbolçuları məlum olub

Avrokuboklarda həftənin ən yaxşı futbolçuları məlum olub


Çempionlar Liqası (ÇL) və Avropa Liqasında (AL) həftənin ən yaxşı futbolçusu bəlli olub.

Oxu.Az-ın məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin qalibləri “Liverpul”un hücumçusu Sadio Mane və Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Manuel Fernandeş olub.

“Liverpul”un ÇL-in 1/8 final mərhələsində “Porto” ilə keçirdiyi səfər qarşılaşmasında (5:0) het-trikə imza atan Mane 57% səslə qalib gəlib. O, bu mükafat uğrunda Marselo (“Real”), Kristian Eriksen (“Tottenhem”) və İlkay Gündoğanla (“Mançester Siti”) yarışıb.

Fernandeş isə “Lokomotiv”in AL-in 1/16 final mərhələsi çərçivəsində “Nitsa” ilə səfər qarşılaşmasında 3:2 hesablı qələbəsinin memarı olub. Belə ki, görüşdə komandasının hər 3 qolunun müəllifi olan portuqaliyalı respondentlərin 73% səsini toplayıb. Dortmund “Borussiya”sının hücumçusu Mişi Batşuayi 11%, “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil isə 10% səs toplayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *