Qurban Qurbanov: Əzmkarlığa çox ehtiyacımız var » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Qurban Qurbanov: Əzmkarlığa çox ehtiyacımız var

Qurban Qurbanov: Əzmkarlığa çox ehtiyacımız var


Çox güclü komandaya qarşı oynayacağıq. “Atletiko” öz gücünü bizə Bakıda göstərdi. Həddən artıq istəkli komandadır. Bizim üçün çox çətin olacaq. Sonadək mübarizə aparıb, yaxşı oyun göstərməyə çalışacağıq. Rəqib haqda nə isə fikir bildirməyə ehtiyac yoxdur. Bu cür komanda ilə belə stadionda oynamaq bizim üçün böyük təcrübədir.

Oxu.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sabah Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” komandasına qarşı keçiriləcək oyundan əvvəl təşkil edilən mətbuat konfransı zamanı deyib.

Baş məşqçi bildirib ki, “Atletiko” heç bir oyuna istəksiz çıxmayıb, bütün matçlarda qalib gəlmək istəyib:

“Onlara qarşı həddindən artıq diqqətli olmalıyıq. Bakıda bir neçə epizoddan istifadə edə bilmədilər. Amma bu dəfə soyuqqanlı davranmalı olduqlarını deyiblər. Biz də soyuqqanlı şəkildə oynamalı, top itirməməyə çalışmalıyıq. Onlar nəyi düşünürlərsə, biz də cavab olaraq, istəkli və soyuqqanlı olmalıyıq. Görək, bu, nə dərəcədə alınacaq? İnanıram ki, futbolçular bunu bacaracaqlar”.

Rəqibin ustalıq səviyyəsindən danışan Qurban Qurbanov deyib ki, bu gün “Atletiko” “Qarabağ”dan daha yuxarıdır:

“Biz bunu qəbul etməliyik. Sadəcə, əzmkarlığa çox ehtiyacımız var. Çatışmayan cəhətlərimizi bəzi komponentlərimizlə üstələməliyik. Bizim borcumuz rəqibə qarşı çəkinmədən oynamaqdır. Rəqibin gücünü də nəzərə alaraq, bəzi şeyləri qəbul etməliyik”.

Qurban Qurbanov “Qarabağ”ın heyətində itkilərin olduğunu da xatırladıb:

“Hər mövqedə itkimiz var. Mən bundan heç vaxt narahat olmamışam. Sadəcə, əlimizdəki materialdan daha az istifadə edə bilirik. Yetərincə təcrübəli oyunçularımız var. Üzərimə nə qədər məsuliyyət düşürsə, bir o qədər də futbolçuların üzərinə məsuliyyət düşür. Futbol kollektiv oyundur. Heç kim kollektivdən kənara çıxmamalı, hər kəs nizam-intizamı qoruyub saxlamalıdır. Futbolçular kimə qarşı oynadıqlarını və səfərdə meydana çıxacağımızı başa düşürlər. İnanıram ki, meydana çıxan hər kəs özünü yaxşı tərəfdən göstərəcək və kollektivə daha faydalı olmağa çalışacaq”.

Sonda baş məşqmi bildirib ki, hamımız inanmalı, ümidli olmalıyıq.

“Bizi az tanımırsız. Həmişə çalışmışıq ki, nəticə üçün əlimizdən gələnin artığını edək. Bakıdakı görüşlə müqayisədə futbolçularım meydanda daha çox hərəkət etməli və məsuliyyətli olmalıdırlar”, - deyə Q.Qurbanov yekunlaşdırıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *