DYP “Qarabağ” oyunu ilə əlaqədar sürücülərə müraciət etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Avto

DYP “Qarabağ” oyunu ilə əlaqədar sürücülərə müraciət etdi

DYP “Qarabağ” oyunu ilə əlaqədar sürücülərə müraciət etdi


Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sürücülərin və nəqliyyat vasitələri sahiblərinə müraciət edib.

Oxu.Az xəbər verir ki, idarə sürücülərin nəzərinə çatdırır ki, sentyabrın 27-də keçiriləcək “Qarabağ” – “Roma” oyunu ilə əlaqədar olaraq, Bakı Olimpiya Stadionu ətrafında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Həmin gün futbolu izləməyə xeyli sayda azarkeşin gələcəyi nəzərə alınaraq, stadion ərazisinə şəxsi avtomobillər buraxılmayacaq. Azarkeşlərin Bakı Olimpiya Stadionuna rahat çatmalarının alternativi olaraq metronun “Gənclik” və “Qara Qarayev” stansiyalarının yaxınlığından stadion istiqamətinə xüsusi avtobuslar pulsuz xidmət göstərəcəklər.

Buna görə də, stadion ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün azarkeşlərdən yarışın keçiriləcəyi Bakı Olimpiya Stadionuna ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri xahiş olunur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *