“Qarabağ”la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qarabağ”la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi

“Qarabağ”la oyuna biletlərin qiyməti: 61 manatdan 194 manata kimi


İtaliyanın “Roma” klubu Çempionlar Liqasının qrup mərhələsində keçirəcəyi ev oyunlarının biletlərini bu gündən satışa çıxarıb.

AzNews.info apasport.az-a istinadən xəbər verir ki, “canavarlar” “Qarabağ”la görüş üçün də biletlərin qiymətini açıqlayıblar.

“Roma”nın Azərbaycan çempionu ilə matçına ən ucuz bilet 30 (təxminən 61 manat), ən baha bilet isə 95 avroyadır (təxminən 194 manat). Müqayisə üçün qeyd edək ki, “Roma”nın “Atletiko” və “Çelsi” ilə oyunlarının biletləri 40-115 avro (təxminən 82-234 manat) dəyərindədir.

Qadınlara, 14 yaşdan aşağı uşaqlara və 65 yaşdan yuxarı şəxslərə biletlərin qiymətində güzəşt nəzərdə tutulub.

Qeyd edək ki, “Qarabağ” dekabrın 5-də “Roma”nın qonağı olacaq.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *