Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi

Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi


Azərbaycan və San Marinonun futbol üzrə milli komandaları arasında sentyabrın 4-də Bakıda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup oyununun stadionu dəyişdirilib.

AzNews.info Report-a istinadən xəbər verir ki, UEFA AFFA-nın müraciətini müsbət cavablandırıb.

Qarşılaşmanın əvvəlcə Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin “Bakcell Arena”da Avropa Liqasının qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, IV İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, AFFA Azərbaycan – San Marino qarşılaşmasının “Bakcell Arena”da təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib.

Azərbaycan – San Mariono oyunu üçün Bakı Olimpiya Stadionuna bilet almış şəxslər 28 Mall Alış-Veriş Mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *