“Qalatasaray”ın baş məşqçisi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

“Qalatasaray”ın baş məşqçisi məlum oldu – FOTO

“Qalatasaray”ın baş məşqçisi məlum oldu


Türkiyənin futbol üzrə milli komandasının baş məşqçisi postundan istefa verən Fatih Terimin yeni iş yeri müəyyənləşmək üzrədir.

AzNews.info Report-a istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssis yenidən “Qalatasaray”ın sükanı arxasına keçəcək.

İstanbul təmsilçisinin hazırkı baş məşqçisi xorvatiyalı İqor Tüdorla 400 min avro təzminat qarşılığında yollarını ayıracağı bildirilir.

Türkiyə yığmasının başına keçəcək namizədlər arasında isə “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşlə Rusiya təmsilçisi “Zenit”dən ayrılan rumıniyalı Mirça Luçeskunun adları daha çox hallanır.

Qeyd edək ki, Fatih Terim daha əvvəl 3 dəfə “Qalatasaray”ın baş məşqçisi olub. O, 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə “sarı-qırmızılılar”a rəhbərlik edib. Təcrübəli mütəxəssis “Qalatasaray”la 6 dəfə ölkə çempionu olmaqla yanaşı, 2000-ci ildə UEFA Kubokunu qazanıb.

“Qalatasaray”ın baş məşqçisi məlum oldu

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *