“Barselona” “Yuventus”u məğlub etdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

“Barselona” “Yuventus”u məğlub etdi – VİDEO

“Barselona” “Yuventus”u məğlub etdi


“Barselona” Beynəlxalq Çempionlar Kubokunda “Yuventus”a qalib gəlib.

AzNews.info Report-a istinadən xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.

Matçı stadionda 82 min 104 tamaşaçı izləyib.

Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib.

“Yuventus”un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.

Turnirin növbəti oyununda “Barselona” “Mançester Yunayted”lə, “Yuventus” PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.

Beynəlxalq Çempionlar Kuboku

“Barselona” – “Yuventus” - 2:1

1:0 – Neymar – 15, 2:0 – Neymar – 26, 2:1 – Kyellini – 63.


Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *