Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol, Video

Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub – VİDEO

Ramil Şeydayev “Jilina”da ilk qolunu vurub


Slovakiya Fortuna Liqasında XXIII turu davam edir.

AzNews.info-nun Apasport.az-a istinadən verdiyi məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin formasını geyindiyi “Jilina” da növbəti matçına çıxıb.

“Yaşıl-sarılar” doğma meydanda “Presov”la qarşılaşıblar. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramil ehtiyat oyunçular skamyasında başladığı matçın 62-ci dəqiqəsində oyuna daxil olub və 79-cu dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Beləliklə, millimizin hücumçusu Slovakiya çempionatında ilk qolunu vurub.

Qeyd edək ki, 23 oyundan sonra aktivində 55 xal olan “Jilina” turnir cədvəlinin zirvəsində yer alıb.


Mənbə: Apasport
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *