Rəşad Sadıqov: Renatın Azərbaycanı seçməsi sevindiricidir » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Rəşad Sadıqov: Renatın Azərbaycanı seçməsi sevindiricidir

Rəşad Sadıqov: Renatın Azərbaycanı seçməsi sevindiricidir


“Qrupun növbəti matçına çıxacağıq. Yaxşı komandaya qarşı oynayacağıq. Bütün komandalar arasında ən güclüsüdür. Əlimizdən gələni edəcəyik ki, maraqlı oyun alınsın.

Almaniya İrlandiya kimi atletik futbola, uzun ötürmələrə üstünlük verən yox, hərtərəfli oyun sərgiləyən komandadır. Bundestim xırda səhvi belə bağışlamayan komandadır. Belə oyunlarda çox danışmaq yox, meydanda özünü göstərmək lazımdır”.

AzNews.info “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Almaniya yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında deyib.

35 yaşlı müdafiəçi bildirib ki, oyuna bütün biletlərin satılması sevindirici hal, əlavə stimuldur:

“Rəqib üçün bu qədər azarkeş qarşısında oynamaq problem yaradacaq. Bu, bizim üçün böyük fürsətdir.

Öz azarkeşlərimiz, Respublika stadionunda oynamaq üçün darıxmışıq. Çoxdandır belə tribunalar qarşısında oynamırıq. Demək olar ki, boş tribunalara öyrəşmişik”.

Sadıqov Renat Dadaşovun 1 milyon dollar və Bakıda mənzil qarşılığında Azərbaycan yığmasında oynamağa razılıq verdiyinə dair xəbərlərin millinin düşərgəsində mənfi ab-hava yaratmadığını bildirib:

“Düşünmürəm ki, kimsə düşərgəmizdə çaxnaşma yaratmaq istəyir. Mətbuat yazır, təsdiqlənməmiş məlumatdır. Renatın Azərbaycanı seçməsi sevindiricidir. Özü də həm futbolçu, həm də insan kimi seçilir. Ola bilsin, bu addımı kiminsə xoşuna gəlməyib”.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *