Yoahim Löv: Azərbaycan yığmasının asan rəqib olmadığından xəbərdarıq » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Futbol

Yoahim Löv: Azərbaycan yığmasının asan rəqib olmadığından xəbərdarıq

Yoahim Löv: Azərbaycan yığmasının asan rəqib olmadığından xəbərdarıq


“Hədəfimiz dünya çempionatına mümkün qədər tez vəsiqə əldə etməkdir. Biz hələlik doğru yoldayıq. Biz bu vəzifəyə Bakıda ara vermək istəmirik”.

AzNews.info Report-a istinadən xəbər verir ki, bunu Almaniya yığmasının baş məşqçisi Yoahim Löv Azərbaycan yığması ilə martın 26-da keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçı barədə danışarkən deyib.

57 yaşlı mütəxəssis bildirib ki, komandasına əmindir:

“Azərbaycan yığmasının Bakıda asan rəqib olmadığından xəbərdarıq. Ötən il bu komanda Norveçi məğlub edib. Amma mənim oyunçularıma böyük əminliyim var. Bilirəm ki, doğru qərarlar tapmaq üçün imkanlara malikik. Öz oyunumuzu sərgilədikdə güclü təsir bağışlayırıq”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Almaniya matçı saat 20:00-da başlanacaq.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *